Bölgələr

BU DƏFƏ BƏLƏDİYYƏ SƏDRİ ÖZÜ TƏRBİYƏSİZLİK ETDİ! Şikayət

Bir müddət öncə isə bələdiyyənin hüquq komissiyasının sədri Fikrət Həsənov tərbiyəsiz hərkətləri ilə bütün ölkədə gündəm olmuşdu.

Mngəçevir şəhər bələdiyyəsinin sədri,icra başçısının sevimli kirvəsi Ramiz Əliyev növbəti dəfə yaşına,başına,daşıdığı vəzifəyə uyğun olmayan hərəkətlə gündəmə gəlib.

Belə ki,ötən həftə Mingəçevir şəhər stadionunda insanları gözü qarşısında səsini başına ataraq küçə söyüşləri söyüb. Özü də baxın kimə…”Mingəçevir” Futbol klubunun İdarə heyətinin sədri Ruslan Həmidova…
Hadisə şahidlərinin iddiasına görə Ramiz Əliyevlə Ruslan Həmidovun arasında gedən söhbət sonradan “moza” ləqəbli Ramiz Əliyevin aressiv hərkətləri ilə müşahidə olunub.Arıdnca isə Bələdiyyə sədri Ruslan Həmidovun üzərinə hücum çəkib və ona yumruq atıb.Həmidov onu özünə hörmət etməyə çağırsa da,”moza” ləqbli sədr getdikcə daha da qızışıb və Ruslan Həmidovu küçə söyüşləri təhqir edib.

Təbii ki,söyüşləri də cavabsız qalmayıb. İcra başçısı İlham İsmayılovun sevimli kirvəsi olan Ramiz Əliyevin söyüşləri və tərbiyəsizliyi bununla da bitməyib. O bu dəfə “Mingəçevir” futbol klubuna yaşması üçün dəstək verən və Bakıda müxtəlif sahələrdə çalışan mingəçevirli vəzifə sahiblərinin də barəsində etik normadan kənar ifadələr işlədib.Necə deyərlər onları da söyüb.
Yaranmış xoşagəlməz vəziyyət kənardakı şəxslərin müdaxiləsindən sonra çətinliklə sakitləşdirilib.

Mənbə: İctimai Qınaq Elçin Aliyev

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.