Blinken Bayramov-Mirzoyan görüşündən danışdı

Birbaşa dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”

 

Obyektivtv.az xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken “Twitter” səhifəsində qeyd edib.

“Bu həftə biz Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda sabit sülhə nail olmağın açarıdır”, – o yazıb.

Xatırladaq ki, dünən ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib, daha sonra onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ayrıca görüşü olub. Bundan sonra Blinken-Mirzoyan-Bayramov üçtərəfli danışıqları baş tutub. Yekunda isə Ermənistan və Azərbaycanın xarici işlər idarələrinin rəhbərlərinin ayrıca görüşü baş tutub.

Üçtərəfli görüş çərçivəsində regionda təhlükəsizlik vəziyyəti, İrəvan və Bakı arasında münasibətlərin normallaşması prosesi, o cümlədən Azərbaycanın Laçın-Xankəndi yolu üzərində qurduğu nəzarət-buraxılış məntəqəsi ilə bağlı məsələlər müzakirə edilib.

Exit mobile version