Biləsuvarda minik maşınları toqquşub – Üç nəfər ölüb, ikisi yaralanıb

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version