“Mən, Bayramova Vəzifə Əmiraslan qız, 1991-2008-ci illərdə – 18 vilayət Xocavənd r-nu Muğanlı kənd məktəbində müllimə isləmisən. məcburam. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm.
Mən 2008-ci ildə prezident seçkilərində idarədə işləyərkən məktəbdəki işimdən qanunsuz olaraq azad edilmişəm. Lakin seçim prosesində iştirak edən hər hansı işçini işdən azad etmək mümkün deyil.
Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov məni işdən azad edib, öz tanışı Əfsanə Quliyevanı yerimə müəllimə gətirib. Sonradan Əfsanə Quliyevanı Xocavənd İcra Hakimiyyətinə, özünə müavin təyin etmişdir, indi də bu xanım orada müavin işləyir.
Başıma gətirilmiş haqsızlıq barədə millət vəkili Elman Məmmədova da, köməkçisinə də xəbər vermişəm, şəxsən görüşmüşəm. İşimə bərpa edilmək üçün çoxsaylı məhkəmələrin, müraciətlərin faydası olmayıb.
2008-ci ildən bəri iş tapa bilmirəm. Mənim işlə təmin edilməyimə köməklik göstərilməsini xahiş edirəm. Vacib deyil ki, müəllimlik olsun, normal iş olsun. İşə çox ehtiyacım var. 15 ildir işsizlikdən zülm çəkirəm. İşsizlik müavinəti almıram və heç vaxt almamışam.
Bu yazını oxuyan bütün qanunverici orqanlardan xahiş edirəm ki, mənə kömək etsinlər”.
Redaksiyadan: Yazıda adları keçən şəxslərin cəsədini yazmağa hazırıq.