Basketbol millimizdən növbəti qələbə

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, millimiz 6-cı turda Çin ilə üz-üzə gəlib.

Yığmamız əlavə vaxtda rəqibini məğlub edib. Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, basketbolçularımız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ millisinə isə 20:17 hesabla qalib gəlib.

Exit mobile version