İdman

Barselona” uduzdu, “Liverpul”dan qələbə – ÇL-də gecənin nəticələri

UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 oyun keçirilib.

Gecənin ən maraqla gözlənilən matçı İtaliyada baş tutub. “İnter” doğma meydanda “Barselona”nı qəbul edib. Bu oyunda meydan sahibləri tək qolla 3 vacib xal qazanıblar. C qrupunun lideri “Bayern” isə Almaniyada Plzen “Viktoriya”sını 5 cavabsız qolla məğlub edib.

Daha bir vacib görüş A qrupunda olub. İlk 2 turdan sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edən “Napoli” Niderlandda “Ayaks”ın qonağı olub. Neapol təmsilçisi səfərdə darmadağına sevinib. Bu qrupun digər matçında isə “Liverpul” “Reyncers”lə üz-üzə gəlib və inamlı qələbə qazanıb.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.