Bakıda tanınmış məşqçi ərini qətlə yetirən qadının məhkəməsi başlayır

Bakıda 1974-cü il təvəllüdlü əri Nurani Qalabəylini ailə münaqişəsi səbəbindən qətlə yetirən  Əfsanə Qalabəylinin məhkəməsi başlayır.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Siyavuş Hacıyev sədrlik edəcək.

35 yaşlı Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub

Qeyd edək ki, N. Qalabəyli kikboksinq üzrə tanınmış məşqçidir. O, “Sərhədçi” idman kompleksində çalışırmış. Ailənin 4 övladı var, onlardan 3-ü oğlan, biri isə qızdır.

Məlumata görə, bu ilin sentyrabrın 2-də Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə vaxtı N.Qalabəyli qan içində evi tərk etməyə çalışsa da, buna nail ola bilməyib. Qətldən sonra ağır psixoloji durumda olan qadın qışqıraraq ətrafa qaçmağa başlayıb.

Exit mobile version