Bakıda çökən yolda bərpa işləri nə zaman həyata keçiriləcək? – YENİLƏNİB + VİDEO
Bakıda 8 Noyabr prospektində çökən yolla bağlı Avtomobil Yolları Dövlət Agentliyi açıqlama verib.
Qurumun sözçüsü Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, kommunikasiya xətləri yolların, küçələrin, prospektlərin altı ilə çəkildiyi üçün onlarda kiçik nasazlıqlar yarandığı zaman bir müddətdən sonra yolda çökmə hadisəsi baş verir:
“Sözügedən ərazidə aidiyyəti qurumların əməkdaşları birgə araşdırmalar aparırlar. Problem tam olaraq müəyyən edildikdən sonra ərazidə bərpa işləri həyata keçiriləcək”.
Daha ətraflı Baku TV-nin süjetində:
11:48