Bakıda 1993-cü il təvəllüdlü Mahmudov Allahverdi Yusif oğlu yaşadığı evin həyətində yeznəsi – 1994-cü il təvəllüdlü Məmmədov Ağasəlim Sahib oğlunu bıçaqla vuraraq ona daxilə nüfuz edən 2 ədəd xəsarət yetirib.
“Qafqazinfo” xəbər verir ki, Mahmudov Allahverdi şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.