Azərbaycan

Bəs Ruslan Əliyevin etdikləri NECƏ OLACAQ? – RƏYLƏR…

 

Az əvvəl məlum oldu ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun yerinə sədrin müavini Azər Məmmədov təyin edilib.

Dia-az.info xatırladır ki, əslində Ruslan Əliyevin görəvdən alınması ilə bağlı xəbərlər hələ keçən həftədən yayılmışdı.

Əlaqədar yazı – “Biz onun istefasnı yox, həbsini gözləməliyik…” – İLGİNC İDDİALAR...

Qeyd edək ki, özü barəsində kifayət qədər neqativ qənaət formalaşdıran Ruslan Əliyevin görəvdən alınması sosial şəbəkələrdə də bir mənalı qarşılanmayıb.

Jurnalist Xəyal Orucoğlu yazır:

” “Azəriqaz” İstehsalat Birliyi bir il bundan qabaq kartla işləyən sayğacımıza 1186 manat borc yazmışdı. İçi Ruslan Əliyev daxil müraciət etdiyim heç kimə qandıra bilmədim ki, bu borc mənə haqsız yerə yazılıb. Nəhayət iki instansiya məhkəməsi borcun haqsız olduğunu təsdiqləyib məni haqlı çıxardı. Amma mən bu cür haqsız yerə borc yazılan nə birinci nə də sonuncu abonent idim. İndi eşidirəm ki, Ruslan Əliyevi rədd eləyiblər. Ruslan Əliyev, bu gün belə rahat, əlini qolunu sallayıb işdən çıxa bilərsən, amma əmin ol ki, Qiyamət günü Allahın hüzuruna yüzlərlə mənim kimi insan gəlib səndən haqqını tələb edəndə belə rahat olmayacaq…”

Dia-az.info-nun rəhbəri Məhəmməd Ərsoy bildirir:

“Ruslan Əliyev vəzifədə olduğu müddətcə iş görmək əvəzinə gözə kül üfürdü… Əvəzində böyük pullar qazandı… Yəqin ki, bu üfürükçüdən yediklərinin hesabı sorulacaq…”

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.