Bələdiyyə sədri sakinlərlə növbəti görüş keçirib
Cəmiyyət

Bələdiyyə sədri sakinlərlə növbəti görüş keçirib

Aprelin 10-da Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev və sədr müavini Elçin Hüseynov Cəlilabad bələdiyyəsinin inzibati ərazisinə aid olan Seyidbazar kəndində vətəndaşlarla görüş keçirmişdir.

 Görüşdə bələdiyyə sədri V. Mirzəyev vətəndaşlara bələdiyyə tərəfindən görüləcək işlər və perspektivlər barədə ətraflı məlimatlar vermiş, bu işdə vətəndaşların köməyinə arxanalacağını qeyd etmişdir. Həmçinin sədr vətəndaşlara kənd ərazisində aparılacaq abadlıq işləri üçün maliyyə dəstəyinin onların ödəyəcəyi vergiyə bağlı olduğunu diqqətlərinə çatdırmışdır. Bu məqsədlə vətəndaşların ödəməli olduqları torpaq, əmlak və digər vergilərin vaxtında ödənilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsini tövsiyyə etmişdir.

Görüşdə Seyidbazar kənd İƏDÜ nümayəndəsi Rüstəm Rüstəmov və müavini iştirak etmişdir.

What's your reaction?

Related Posts

1 of 1.349

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.