İdman

Azərbaycanın üç boksçusu qələbə ilə başladı

Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyinə qələbə ilə start verib.

 

“Qafqazinfo” xəbər verir ki, Qızbəs İsgəndərli (60 kq) 1/16 finalda sloveniyalı Ayda Kopse ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib. O, 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.

Ətraflı

 

63,5 kq çəkidə Əli Abdullayev debütdə albaniyalı Skender Laladan 4:1 üstün olub. Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.

 

Abbasqulu Şadlinski (75 kq) də 1/32 final görüşünü xeyrinə bitirib. O, tunisli Montassar Ben Zidi 5:0 məğlub

edib.

 

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.