Azərbaycan

Aztelekom” AYİB-dən aldığı 50 milyon dolları necə silib? – RƏŞAD NƏBİYEV İFŞA OLUNUR

etdiyimiz məlumata görə Şəmkir rayonunun ən böyük kəndlərindən olan Çənlibeldə yeni rabitə xəttinin çəkilişini “Caspian Road” MMC aparır. MMC barəsində açıq internet resursları üzərindən əldə etdiyimiz məlumatlar bunlardır.
MMC-nin rəsmi veb-saytı /www.caspianroad.az. kimi göstərilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında CASPIAN adı ilə başlayan, dövlət qeydiyyatına alınmış 193 MMC arasında sözügedən şirkət barəsində heç bir məlimat yoxdu.
MMC-nin rəsmi veb-saytında qeyd olunur ki, şirkətimiz peşəkar ustalardan ibarət, yüksək tələblərə cavab verən, operativ və keyfiyyətli iş bacarığına malik, müasir texnologiyalarla iş təcrübəsi olan kadr potensialı ilə istənilən şəraitdə yol bərkitmə, üst açma, torpaq qatının çıxarılıb daşınması, asfalt qatının təmiri və yenidən qurulması işlərini həyata keçiririr. Şirkət həmçinin yolların yenidən qurulması, yarımstansiya daxili bütün yol infrastrukturunun hazırlanması, Dəmir Yol stansiyasına gedən yol və stansiya ətrafı asfalt və bərpa işləri, inzibati bina ətrafı asfalt örtüyü hazırlanması işlərini həyata keçirib. “Caspian Road” MMC istənilən formada beton işlərini və beton qəliblərin hazırlanmasını yerinə yetirir. MMC-nin “Facebook” səhifəsində də daha çox beton və dəmir-beton konstruksiyaların, bina və qurğuların tikintisi və istismarı ilə bağlı paylaşımlar var. Bu isə o deməkdir ki, MMC daha çox tikinti sahəsi üzrə ixtisaslaşıb.
Bəs necə olub ki, yol, tikinti sahəsi üzrə ixtisaslaşmış bir şirkət GPON və digər genişzolaqlı rabitə xəttlərinin çəkilişinə cəlb edilib?
Qeyd edək ki, MMC -də işi heç də rəsmi veb-saytında göstərildiyi kimi peşəkar mütəxəssislər aparmır. Burada işlərin görülməsinə yerli kənd sakinləri cəlb edilib. Əldə etdiyimiz məlumatlara görə MMC kənd ərazisində rabitə xəttinin çəkilməsi üçün mindən çox dəmir dirək basdırıb. Hər dirəyin qazılaraq dibinə beton tökülməsi üçün kənddən işə cəlb olunanlara 8 manat pul verib. Bir dirəyin betonlanmasında azı 4-5 nəfər çalışır. Bu isə o deməkdir ki, bir dirəyin betonlanmasına adambaşına 1,5 manat pul düşür. Kənd sakinlərindən ibarət 4-5 nəfərlik bir dəstə isə bir iş günü ərzində uzağı 10 dəmir dirək betonlaya bilir. Bu da kənd sakinlərinin gün ərzində 10 manata çalışdığını göstərir. Amma əldə etdiyimiz məlumata görə “Caspian Road” MMC bir dəmir dirəyin qazılaraq betonlanmasına 58 manat yazır. Onun cəmi 8 manatını isə kənddən tutduğu ucuz işçi qüvvəsinə verir. Burada MMC-nin rəsmi fəhlələrinin adına 600-700 manat maaş yazaraq, kənddən tutulan fəhlələrə gündəlik, yaxud da həftəlik əməkhaqqı ödəmələri də istisna deyil.
Görsənən odur ki, “Caspian Road” MMC işləri fəhlələrlə heç bir əmək müqaviləsi bağlamadan ucuz işçi quvvəsi cəlb etməklə həyata keçirir. Bununla yanaşı şirkət hər rabitə dirəyinin qazılaraq dibinin betonlanmasını 58 manata rəsmiləşdirib, cəmi 8 manat xərcləyir. İndi təsəvvür edin Şəmkir, Tovuz, Qazax, Gədəbəy rayonlarının kəndlərində nə qədər yeni rabitə dirəkləri basdırılıb və hər dirəkdən 50 manat silinirsə bu nə qədər vəsait edir.
Belə çıxmırmı ki, “Aztelekom” MMC -nin rəsmiləri keçmiş baş direktor Klaus Müllerin Avropa Yenidənqurma və İnkişaf Bankından aldığı 50 milyon ABŞ dolları dəyərində kreditin böyük hissəsini “Caspian Road” MMC vasitəsi ilə silirlər?/Aktualinfo.org
DOSYE.ORG

What's your reaction?

Related Posts

1 of 1.346

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.