Azərbaycan vətəndaşlarının Livandan köçürülməsi ilə bağlı rəsmi Bakının diplomatik nümayəndəliyinə müraciət olmayıb.
Qlobalinfo.az xəbər verir ki, bu barədə “Report”un sualına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat daxil olub.
Qeyd edək ki, Türkiyə öz vətəndaşlarını oktyabrın 9-da Livandan köçürəcək. Buna səbəb Yaxın Şərqdəki gərgin vəziyyətdir.