İş xanımı Ruhiyyə Əliyevanın rəhbəri olduğu  “Liatris Holding” MMC-nin nəzdində “R” (Rekord) televiziya layihəsi fəaliyyətə başlayıb.

Layihənin əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik, məqsədi ölkədə, eləcə də dünyada müxtəlif sahələrdə baş verən yenilikləri obyektiv şəkildə işıqlandırmaqdır.

“R TV” layihəsi siyasi, iqtisadi, sosial, kriminal, turizm, mədəniyyət, idman, şou-biznes sahəsində ən yeni və özəl xəbərləri təqdim edir. Eləcə də saytda foto və videobloq bölümü də fəaliyyət göstərir ki, burada özəl reportajlar, müsahibələr və digər məlumatlar yer alır.

“R TV” layihəsi hazırda online platformalarda fəaliyyət göstərir  və maraqlı video materialları izləyicilərə təqdim edir.