Bölgələr

Azərbaycanda kütləvi zəhərlənmə

Şəmkirdə kütləvi zəhərlənmə hadisəsi olub.

Obyektivtv “report”a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində keçirilən toy mərasimlərin birində qeydə alınıb.

Mərasimin keçirildiyi binanın ayaqyolunda olan təmizlik üçün nəzərdə tutulan kimyəvi məhlulu uşaqlardan biri oyun oynamaq məqsədilə qohumları olan digər 3 uşağa iylədib. Bu zaman özü və digər uşaqlar zəhərlənib. Uşaqlarla yanaşı həmin yerə gələn onlardan birinin valideyni də zəhərlənib.

Onların hamısı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.