“Azərbaycanda son zamanlar media işçilərinin həbsləri, o cümlədən “Abzas Media” və “Kanal13” saytlarının əməkdaşlarının və onların qohumlarının hədələnməsi dərin narahatlıq doğurur”.
Turantv.az xəbər verir ki, bunu ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Riberio Tvitter səhifəsində yazıb.
“Jurnalistlər repressiya qorxusu olmadan ictimai maraq kəsb edən məsələlər barədə məlumat verə bilməlidirlər. Jurnalistika cinayət deyil” – T. Riberio bildirib.
Qeyd edək ki, ötən ilin 20 noyabrndan etibarən əsasən “Abzas Media” və “Kanal 13”ün əməkdaşları olmaqla, Azərbayanda 10-dan çox jurnalist müxtəlif ittihamlarla saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Obyektivtv.az