Bu gün azərbaycanın bütün bölgələrində 27 sentyabr anım günü kimi qeyd olunur.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.Azərbaycan ordusunun əzm və iradəsi düşmənə zərbə vuraraq qalib gəld
Bu qalibiyyətdə şərəfli döyüş yolu keçən ordumuz 2908 nəfər şəhid verdi.
Bu gün Cəlilabad rayonunda da 44-günlük vətən müharibəsinin şəhidlərinin anım günü qeyd olunjb.
Tədbirdə rayon rəhbərliyi,hüquq mühafizə orqanlar,şəhid ailələri,qazilər və rayon ictimayyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Ali baş komandanın qətiyyətli mövqeyindən,ordumuzun şanlı zəfər yolundan danışdı.
Daha sonra şəhidlər xiyabanı ziyarət olunaraq,əbədi məşəlin önünə tər çiçəklər qoyuldu.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edildi.
Allah bütün şəhidlərimizi qəni qəni rəhmət eləsin
Obyektivtv.az