Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Obyektivtv.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsi hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi terrorla mübarizədə də Türkiyənin yanındayıq”.

Exit mobile version