Avtomobil traktora çırpıldı – Ölən və yaralanan var

İmişlidə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bəhramtəpə-Biləsuvar yolunun rayonun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Araz Kazımlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Elvin Qurbanovun idarə etdiyi “Belarus” markalı traktorla toqquşub.

Nəticədə minik avtomobilin sərnişini Çingiz Ağayev ölüb, sürücü isə ağır xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Exit mobile version