Cəmiyyət

“Avropada Azərbaycanda cəza çəkən erməni canilərindən narahat olanlar var”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Təəssüf ki, Avropada Azərbaycan cəzaçəkmə müəssisələrində olan erməni canilərindən narahat olanlar var. Amma onlar bu canilərin cinayətlərindən heç danışmırlar”, – deyə T.Gəncəliyev bildirib.

Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli də bildirib ki, Milli Məclisin bu məsələdə fəaliyyəti diqqətçəkəndir: “Ermənistan Azərbayvana qarşı mina terrorunu və müharibəni davam etdirir, bunun üçün sürətlə silahlanır. İnanıram ki, parlamentdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu öz üzərinə qoyulacaq vəzifələrin öhdəsindən gəlmək üçün çalışacaq”.

O, icma adından Milli Məclisin sədrinə təşəkkür edib.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.