Astarada 18 yaşlı gənc bıçaqlandı

 

Astarada bıçaqlanma olub.

DİN-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Astara rayon sakini, 2005-ci il təvəllüdlü Z.Hüseynlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü E.Ş (Şərti ad) polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Exit mobile version