Araz Əliyevi küçədə söyüş söyməkdə və polisə tabe olmamaqda ittiham ediblər – KİV
Cəmiyyət

Araz Əliyevi küçədə söyüş söyməkdə və polisə tabe olmamaqda ittiham ediblər – KİV

“III Respublika” Platformasının və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyev haqqında 25 sutka inzibati həbs qərarı dekabrın 24-də Nizami Rayon Məhkəməsində çıxarılıb.
Turantv.az  xəbər verir ki, bu barədə Meydan TV məlumat yayıb.
“Araz Əliyev İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb. Qərarı hakim Qumru Əliyeva verib. İddia olunur ki, Araz Əliyev küçədə gedərkən söyüş söyüb, ondan intizamlı olmağı tələb edən polislərə tabe olmayıb”, – mətbuat orqanının əldə etdiyi məlumatda deyilir.
Qeyd edək ki, bu gün A. Əliyevin həyat yoldaşı Gülarə İsmayılova Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirib. O, həyat yoldaşından saatlardır xəbər ala bilmədiyini deyib və bu barədə məlumat verilməsini tələb edib.
Xatırladaq ki, A. Əliyevlə ötən gündən – dekabrın 23-ü saat 18 radələrindən əlaqə kəsilmişdi.

Obyektivtv.az 

What's your reaction?

Related Posts

1 of 1.349

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.