Dünya

Aİ Ermənistana 270, ABŞ isə 65 milyon ayıracaq – Yenilənib

Avropa Komissiyası Ermənistana 270 milyon avro yardım ayırmaq niyyətindədir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşündən əvvəl mətbuat konfransında deyib.

“Biz Ermənistan üçün qrant formasında 270 milyon avroluq inkişaf planı hazırlamışıq”, – deyə Leyen qeyd edib.

Onun sözlərinə görə, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq.

***

Mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Entoni Blinken isə öz növbəsində qeyd edib ki, ölkəsi Ermənistana 65 milyon dollardan çox yardım ayırmağı planlaşdırır.

O bildirib ki, ABŞ Ermənistan iqtisadiyyatı və dövlət idarəçiliyi sahələri ilə bağlı tədbirlərə sərmayə yatırmaq niyyətindədir.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.