Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?

ir müddət davam edən gərginlikdən sonra Gürcüstanın işğal altındakı Abxaziya regionunda sabitlik yaranıb. Lakin bunun nə qədər davam edəcəyi bəlli deyil. Özünü müstəqil elan edən, Rusiyanın himayəsi altında olan qondarma respublikada müxalifətlə hakimiyyət arasında gərginlik “prezident” Aslan Bjaniyanın istefasına səbəb olub. Onunla yanaşı, “baş nazir” Aleksander Ankvab da öz vəzifəsini tərk edib. Ankvab 2011-2014-cü illərdə qondarma respublikaya rəhbərlik edib. Rusiya ilə yaxınlaşmağın, rus dilinin statusunun qaldırılmasının tərəfdarı olub. Bjaniyanın vəzifəsini “vitse-prezident” Badra Qunba icra edəcək. Abxaziyada “hökumət” və müxalifət nümayəndələri “prezident” Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş də imzalayıblar.

Exit mobile version