Dünya

ABŞ bazalarına hücumların sayı 73-ə çatdı – “Fox”

İraq və Suriyadakı ABŞ bazaları oktyabrın 17-dən indiyədək 73 dəfə hücuma məruz qalıb.
Obyektivtv.az xəbər verir ki, bu barədə “Fox News” kanalı Pentaqondakı mənbəyə istinadən məlumat verib.
Məlumata görə, bu rəqəmə 23 noyabr – Şükranlıq Günü həyata keçirilən 4 hücum da daxildir. Onlardan ikisi Suriyadakı bazalarda, ikisi isə İraqdakı bazalarda baş verib. Ümumilikdə, Suriyadakı Amerika qoşunları 37, İraqda isə 36 hücuma məruz qalıb.
900-ə yaxın ABŞ əsgəri Suriyada, 2,5 min ABŞ əsgəri isə İraqda yerləşdirilib.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.