Gəncə şəhərinin Tağı Arani küçəsində avtomobil yanıb.
Modern.az xəbər verir ki, BMW markalı minik maşını hərəkətdə olan zaman alovlanıb.
Hadisə yerinə FHN-in Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşınının qalan hissəsi yanğından mühafizə edilib.Hadisənin səbəbləri araşdırılır.