Bölgələr

Cəlilabadda tələbə qızılcadan vəfat etdi

Cəlilabad sakini qızılca xəstəliyindən vəfat edib.

“Obyektivtv.az ” “Report”a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.

What's your reaction?

Related Posts

1 of 1.345

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.