Azərbaycan

Minaya düşən Agentlik əməkdaşının vəziyyəti açıqlandı

Mina partlayışında xəsarət alan ANAMA məkdaşının vəziyyəti açıqlanıb.

 

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

 

“İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində Agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb.

 

İlkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Həyati təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.

Obyektivtv.az

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.