Səhiyyə

Hipokrat andına sadiq olmaq şərəfli işdir!

Əziz dostlar!

Budəfəki yazımız Cəlilabad rayonunda fəaliyyət göstərən müalicə diaqnostika mərkəzinin həkim radioloqu,radioloji şöbənin müdiri Qurbanov Vüqar Əhməd oğlu haqqındadır.

Biləsuvar rayonunun Əsgərabad kəndində 22 fevral 1970-ci ildə anadan olmuş Vüqar Qurbanov orta məktəbi yaşadığı Əsgərabad kəndində bitirib,1987-ci ildə Tibb Universitetinin pediatriya fakultəsinə daxil olub, bir il təhsil aldıqdan sonra dövrünün tələbinə uyğun olaraq,08 iyul 1988-ci ildən 13 avqust 1989 cu ilədək hərbi xidmətdə olub.

1992-ci ildə Yeni yaranmış Azərbaycan Ordusunda hərbi kafedra bitirmiş zabiti kimi(həkim)könüllü olaraq milli müdafiə qoşunlarında xidmət keçmişdir.

1994-cü ildə Tibb Universitetini bitirib Biləsuvar rayon xəstəxanasında pediatr işləyib.1996-cı ildən 2000-ci ilədək Azərbaycan Respublikasının silahlı qüvvələrində zabit olaraq həkim kimi xidmət etmişdir. 2001-ci ildən 2011-ci ilədək Biləsuvar rayonunda Əsgərabad kənd həkim ambulatoriyasının baş həkimi işləmişdir.Peşəsini təkcə hərbidə xidmətlə kifayətlənməyən Vüqar həkim işini mülki həyatda da şərəflə davam etdirib.Bütün bu xidmətlərilə kifayətlənməyib, 2009-cu ildə Rusiya Federasiyasının Kazan vilayətində həkim radioloq kimi ixtisasartırma kursu keçərək diplom almışdır.

Vüqar doktor on il Biləsuvar rayonunda çalışdıqdan sonra,işini Cəlilabad rayon müalicə diaqnostika mərkəzində davam etdirmək qərarına gəlir, və 2011-ci ildə mərkəzin həkim radioloqu eyni zamanda şöbənin müdiri vəzifəsində çalışıb, hal hazırda radioloji şöbənin müdiridir.

Əziz oxucular!Vüqar doktor radioloq kimi Cəlilabad rayonunda istər pasiyentlərinə xidməti ilə,istərsə də davranışlarıyla işlədiyi tibb müəssisəsinin rəhbər şəxslərinin hökumətini qazanmışdır. Bu insan haqqında bit faktı qeyd etmək kifayət edir ki,Vüqar doktor çalışdığı Tibb müəssisəsində maddiyyata deyil,mənəviyyata üstünlük verir.

Diqqət eləsək son bir neçə ildə həkimlərin əksəriyyəti çalışdığı dövlət xəstəxanasından çıxaraq,özəl tibb müəssisələrinə üz tutdular,bununda səbəbini açmağa ehtiyac yoxdur məncə.Haqqında danışdığımız bu insan,həmkarlarından gərqli olaraq,heç bir özəl tibb müəssisələrində çalışmağı qəbul etmədi,çünki sözü gedən Diaqnostika mərkəzində vətəndaşların üz tutduğu yeganə radioloq idi.Bax elə bütün bu xidmətlərinə görə 2023-cü ildə 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibətilə,göstərdiyi səmərəli xidmətlərinə görə Cəlilabad rayon icra hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov tərəfindən təltif olunmuşdur.

Biz də öz növbəmizdə, bu şərəfli peşəsində Vüqar doktora uğurlar arzulayırıq!

 

Obyektivtv.az

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.