Baş prokurorluq əməkdaşları Rasim Məmmədovun vəkili Elçin Sadıqovun evində və ofisində axtarış aparır.
Hurriyyet.az xəbər verir ki, bu barədə Elçin Sadıqovun sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, bu gün “Xural TV”nin rəhbəri Əvəz Zeynallı Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Onun Elçin Sadıqov vasitəsilə Rasim Məmmədovdan 20 min manat aldığı iddia edilmişdi. Elçin Sadıqov isə Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirmişdi.