Bölgələr

Ümid Şəki İnzibati Məhkəməsinin kollegiyasına qalıb – ƏDALƏT AXTARIRAM!

Mən Omarova Sevil İlyas qızı, sizinlə Məhkəmələr haqqında danışmaq istəyirəm. 1 ildən çoxdur ki, Şəki İnzibati Məhkəməsində ədalət axtarıram. Şəki İnzibati Məhkəməsinə Reyestr nömrəsi 403013001202-04301 olan çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdım. Fərid İsmayılzadənin hakimliyi ilə keçirilən məhkəmədə mənim tələbimə dair tamamilə əsaslı və haqlı iddiam təmin edilməmişdir. İnzibati icraat zamanı maddi qanun normalarının pozulması məsələsinə gəldikdə, qeyd olunmalıdır ki, Qax rayon məhkəməsinin 2-75 /2006 nömrəli 14 dekabr 2006 ci il tarixli möhürsüz qətnaməsinin və bu möhürsüz qətnaməyə istinadən çıxarılan Apellyasiya Məhkəməsinin qətnaməsinin və sonda bu qətnaməyə əsasən verilmiş “Çıxarışın” qanuni sayılması halı özü-özlüyündə qanunsuzluqdur. Axı dövlət adından çıxarılan və dövlət möhürü ilə möhürlənməli qətnamə necə möhürsüz ola bilər? Yeri gəlmişkən qeyd edim ki, Şəki İnzibati Məhkəməsi özü də Qax rayon Məhkəməsinə sorğu ilə müraciət edərək qətnamə sürətini tələb etmişdir. Lakin Qax rayon Məhkəməsi bildirmişdir ki, mülki iş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tarixini də göstərməklə konkret 2007-ci il tarixində
Qax rayon Məhkəməsinə qaytarılmışdır. Sual olunur: Bəs onda məhkəməyə sorğu verməyin mənası nə olub? Burada 2 ci bir müəmma da ortaya çıxır. Mülki iş arxivlərdə yoxdur. Baxın “arxivlərdə mövcud olmayan” ilk qətnaməsi möhürsüz olan və sonrada yoxa çıxan bir mülki işə əsasən çıxarış verilmişdir. Bu absurd bir məsələ deyilmi?
Bütün bu dəlillər saxtakarlıqlara baxmayaraq Şəki İnzibati Məhkəməsi işi araşdırmadan qətnamə qəbul etdi. Mən yenidən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına mürəciət etsəm də Rövşən Rəfiyevin hakimliyi ilə keçirilən prosesdə qərar dəyişməz olaraq saxlanıldı. Gəlin qəbul edək ki, bu gün hakimlərə ədalət lazım deyil. Ümid Şəki Ali məhkəməsinin İnzibati Kollegiyasına qalıb. İnanıram ki, mən ədaləti orada tapacam.
Omarov Sevil İlyas qızı.”

Rubrika.Az

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.