Cəmiyyət

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailə üzvlərini qəbul edib

2 oktyabr 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayevi, həyat yoldaşı Gülnar Abdullayevanı və qəhrəmanın komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Xizri Nuriyevi qəbul edib.

Rafiq Cəlilov Gülnar Abdullayevanı ali məktəbə qəbul olması münasibətilə təbrik edərək, ona təhsil həyatında uğurlar arzulayıb.

Görüşdə Rəşad Abdullayevin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və şərəfli döyüş yolundan bəhs olunub.

Qəbulda iştirak edənlər şəhid və qəhrəman ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir