Bu gün aldığımız məlumata əsasən TƏBİB-in İcraçı direktoru gözlənilən qərarı imzalayıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev vəzifəsindən azad olunub.
Obyektivtv.az xəbər verir ki, Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 21.01.2025-ci ildə təyin olunmuşdur.
Drektorun vəzifədən getməsi barədə müvafiq əmr imzalanıb.Onun vəzifədən azad edilməsinin səbəbi barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, bir müddət öncə onun vəzifəsindən azad olunacağı barədə xəbər vermişdik.
















