Cəmiyyət

İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi (FOTO)

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

 

Obyektivtv.azın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Göygöl Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yusif Hacıyev vəzifəsindən azad edilib.

 

Digər əmrlə, o, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub.

 

Qeyd edək ki, Hacıyev Yusif Faiq oğlu 1988-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetini bitirib. Y.Hacıyev Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

 

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir