Dünya

Ankarada terror: Ölənlərin sayı beşə çatdı, 22 yaralı var

Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, 22 nəfər yaralanıb.

 

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya “TRT Haber” telekanalının efirində bildirib.

 

“Terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, yaralananların ümumi sayı 22 nəfərdir, onlardan üçü xəstəxanadan buraxılıb”, – nazir bildirib.

 

İlkin məlumatlara görə, hücumu ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri həyata keçiriblər.

 

19:48

 

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

 

Oxu.Az bildirir ki, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

 

Eyni zamanda, hadisə yerinə Jandarma Xüsusi Əməliyyat Dəstəsi göndərilib.

 

Oxu.Az həmin görüntülə

ri təqdim edir:

 

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.