Obyektivtv.az:Azəriqaz istehsalat birliyinin Lənkəran regional qaz idarəsinin Cəlilabad xidmət sahəsinin işçiləri tərəfindən “Vətən müharibəsi”nin qazisi, 2-ci qruo əlil, Gənc Qazilər İctimai Birliyinin Cəlilabad rayon filialının sədri Muradzadə Vüsala 3115 manat cərmə yazıblar.
Kanal15 vətəndaşa istinadən xəbər verir ki, bununla bağlı qaz idarəsinə yaxınlaşan Vüsal Muradzadəyə qaz idarəsinin müdürü Ələkbər Dövlətov deyib ki, yazılıbsa ödənilməlidir, əgər etirazınız varsa verin məhkəməyə.
Cərimənin yazılmasına səbəb olaraq qaz sayğacına müdaxilə olunması göstərilib.
Vətəndaş qeyd edir ki, sayağaca heç bir müdaxilədən söhbət gedə bilməz.
Qaz idarəsində olarkən qazinin halı pisləşib, xəstəxanaya yerləşdirilib.
Onuda qeyd edək ki, son 2 ildə “Azəriqaz İB”-nin Lənkəran regional idarəsinin Cəlilabad xidmət sahəsi üzrə 300-ə qədər vətəndaşa əsassız cərimə yazılıb.(Əsassız olması məhkəmə qərarları ilə təsdiq olunub)
Daha əvvəl saytımızda yayımlanan yazıda Lənkəran regional qaz idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən vətəndaşlara yazılan cərimələr barədə xəbər vermişdik.
Həmin xəbəri buradan oxuya bilərsiz