Bölgələr

Azərbaycanda dəhşətli qətl: Qadın qanına qəltan edilib – TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüat məlum olub.

APA-nın məlumatına görə, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.

Nənəsinin verdiyi məlumata görə, o, ailəli olub və ayrılıb.

Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gedib. İki-üç gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırma davam etdirilir.

19:24

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

 

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.