Hurriyyet.az xəbər verir ki, Dağıstanın Dərbənd şəhərində kişi cinsindən olan bütün yerli sakinlər təcili şəkildə hərbi komissarlığa çağrılıblar. “Kavkaz. Realii” xəbər verir ki, dövlət nümayəndələri Dərbəndin küçələrində RF Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə gəzərək meqafonlarla çağırışlar edirlər: “Hərbi bileti olanlar hərbi komissarlığa gəlsinlər. Əgər həmin şəxs bizə lazım olursa, saxlayırıq, lazım olmasa, buraxırıq”. https://www.youtube.com/shorts/zR5BdB6sLzo
Bəlli olduğu kimi, Rusiyada qismən səfərbərlik elan edilib. 25 və 26 sentyabr tarixlərində Mahaçqalada səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. “Kavkaz. Realii” saytının yazdığına görə, 25 sentyabr tarixində 120 nəfərə yaxın etirazçı saxlanılıb. Onların 8-nə qarşı cinayət işi qaldırılıb. Ertəsi günü də 110 nəfər polis şöbələrinə aparılıb, onlardan azı 28 nəfəri yetkinlik yaşına çatmayıb. Etirazların ikinci günü saxlanılan şəxslərdən 30 nəfərdən çoxuna qarşı cinayət işi qaldırılıb.
Hürr Tərcüman