Ermənilər zabitimizi vurdu: Sərhəddə gərginlik
Bölgələr

Ermənilər zabitimizi vurdu: Sərhəddə gərginlik

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Yeni Sabah”a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

What's your reaction?

Related Posts

1 of 1.345

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.