Cəmiyyət

Baş Prokurorluğun sabiq mətbuat katibi vəfat edib

Azərbaycanın əməkdar hüquqşünası, prokurorluğun veteranı Eldar Əfəndiyev vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, E.Əfəndiyev 1979-cu ildən prokurorluq orqanlarında işləyib. O, əvvəllər Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb və 2010-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Əfəndiyev Eldar Məmməd oğlu 2008-ci ildə Azərbaycanın əməkdar hüquqşünası fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.