Azərbaycan

Çoxəsrlik tariximizin ən parlaq səhifələrindən olan Zəfərimizin üçüncü ildönümünü qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatı oldu. 30 ilin işğalına 44 gündə son qoyuldu. Hər bir təşəbbüs və qəbul olunan hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması hədəfi dayanırdı: “Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda güclü ordu yaratdı. Zəfərimizin memarı, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək onun 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Ümummilli liderin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları axıra çatdırdı, xalqın arzularını gercəkləşdirərək torpaqlarımızı tarixi sahibinə qovuşdurdu. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ilində görülən işlər, atılan qətiyyətli addımlar Müzəffər Ali Baş Komandanın 2020-ci il 8 noyabr tarixində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” çağırışını şərtləndirdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini məhv etdi. Dünya bir daha şahidi oldu ki, yenilməz, məğrur xalq Azərbaycan xalqıdır, güclü ordu Azərbaycan Ordusudur.  Azərbaycanın şanlı Qələbəsinin dünyaya təqdimatı olan Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev belə bir çağırışı böyük qürur hissi ilə səsləndirdi ki,nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Azərbaycan Prezidenti İlham Əliyev tarixi həqiqətlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində  erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyini önə çəkərək “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan etdi. Həmin tarixi çıxışından bir il sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz “Qarabağ Azərbaycandır və nida” bəyanatını tarixi Zəfərimizlə təsdiqlədi.”“Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək cəhdləri oldu. Amma fəaliyyəti boyunca “nəyi, nə zaman və necə etməyin” ən yaxşı nümunələrini göstərən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tarixi missiyanı öz məntiqi sonluğuna çatdırdı. Bu ilin 19 sentyabr tarixində Azərbaycan

Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi. Separatçılardan təmizlənən torpaqlarımıza səfər edən dövlət başçısı İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltmaqla xalqımıza növbəti Zəfər sevincini yaşatdı. Müstəqillikdən sonra ilk dəfədir ki, bütöv, vahid Azərbaycanda yaşayırıq. Bu, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi ki, “mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – deyə Malik Həsənov bildirib.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.