Bölgələr

11-saylı Masallı Regional meşə idarəsində nə baş verir…

Hörmətli oxucular!

Hər kəsə məlum olduğu kimi, soyuq hava istilik problemini gündəmə gətirir.

Bölgələrdə, xüsusilə kəndlərdə mavi yanacağın  olmaması vətəndaş və məmur narazılğına səbəb olur.

Bu rayonlardan biri də Cəlilabad rayonudur, xüsusilə kəndlərdə qaz xətləri çəkilmədiyi üçün vətəndaşlar istilik problemi yaşayırlar.

Cəlilabad vətəndaşı bizə müraciət edərək bildirir ki, dövlətin qəbul etdiyi qanun əsasında rəsmi qaydada 11-saylı Masallı Regional meşə təsərrüfatına  müraciət etməsinə baxmayaraq, müraciəti icra olunmur. 

Sentyabrın ilk həftəsində idarəyə 10 -kub odun pulu  ödənilsə də, hazırda odun ala bilmir.

Maraqlıdır ki, bu idarədə gözətçi və meşəbəyi qanunsuz odun satsalarda,idarə rəhbəri Nəsimi müəllim ödənişli odunları təhvil verməkdən çətinlik çəkir.(Burda başa düşüləndir)

Qarşı tərəfin də mövqeyini bildirməyə hazırıq.
Bu məsələ ilə bağlı ətraflı məlumat növbəti məqaləmizdə veriləcəkdir.

What's your reaction?

Related Posts

1 of 1.361

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.