“Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı deyib.
Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İam Əliyevə zəng edib. Telefon söhbəti zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



















