Ukrayna ordusu cənub sektorunda rusların birinci müdafiə xəttini yarıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar jurnalistlərə açıqlaması zamanı bildirib.
“Yüksəkliklərdə düşmən faktiki olaraq beton mühəndis istehkamları inşa edib. Bu, təbii ki, qoşunlarımızın hərəkətini və döyüş əməliyyatlarının özünü çətinləşdirir”, – deyə nazir müavini qeyd edib.
