Dünya

Türkiyə Azərbaycanla tam həmrəylik şəraitində fəaliyyətə davam edəcək”

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.

Həmçinin oxuyun: Мы – надежный партнер

“İşğal altındakı torpaqlarını qəhrəman bir mücadilənin nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək”, – açıqlamada qeyd olunub.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Bu barədə o, rəsmi tviter səhifəsində paylaşım edib.

“Qəhrəmanca mübarizədən sonra işğal altındakı torpaqlarını azad edən və bununla da regionda sülh və əmin-amanlığa şərait yaradan Azərbaycanın Zəfər Günü mübarək. Zəfərlərin əbədi olsun, can Azərbaycan!”, – nazir yazıb.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir