SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisinə yeni vəzifə verilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) struktur dəyişikliyi aparılıb.

Qurumun Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayon şöbələri ləğv edilib.

Həmin şöbələrin bazasında SHXÇDX-nin Gəncə şəhər idarəsi yaradılıb.

Yeni yaradılan idarəyə rəhbərlik isə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi Ceyhun Əsədova həvalə edilib.

Qeyd edək ki, məlumat SHXÇDX tərəfindən təsdiqlənib.

Mənbə: Redaktor.аz

Exit mobile version