Rusiyanın xarici işlər naziri Lavrov Türkiyədə çıxış edərkən söyləmişdi ki, biz Ermənistanın xalqının “nə istədiyi”ni öyrənəcəyik. Bu da o deməkdir ki, Ermənistan dövləti hansısa tələbi irəli sürsə, Rusiya dövləti onu qəbul etməyəcək. Bura qədər vəziyyətin gərginləşməsinə, hətta Ukraynada gedən proseslər kimi burada da, hansısa proseslərin həllində, Ermənistan ərazisində yeni proseslərin alovlanmasına xidmət edə biləcək amillərdir”.
Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik Şair Ramaldanov danışıb. Hərbi ekspert vurğulayıb ki, Ermənistanı Ukrayna ilə müqayisə etmək uyğun olmaz. Çünki Ermənistanın Ukrayna kimi nüfuzu, iqtisadi potensialı və Avropa ölkələri ilə fiziki sərhəddi yoxdur.
“Mövcud vəziyyətdə Ukraynayla müqayisə yox, ancaq Ukraynanın başına gələnlər ola bilsin ki, Rusiya tərəfindən Ermənistanın başına gətirilsin. Əvvəllər də biz bəzi Rusiya dövlət rəhbərlərinin, məsələn Roqozinin o cümləsini yada salsaq, o demişdi ki, “əgər Ermənistan belə bir yol tutsa, Ermənistanın dövlətçiliyi şübhə altına alına bilər”. Yəni bu da çox ciddi mesajdır. Hələ ki, bütün proseslər buna doğru gedir. Hazırda düşünürəm ki, Rusiyada seçkilərdən sonra hansısa konkret addımlar atılması istisna olunmur.
Birinci addım, Ermənistanda Paşinyan hakimiyyətini dəyişmək üçün seçkilərin təşkil edilməsi və bu yolla Paşinyanın devrilməsi və Rusiyanın dəstəyi ilə bu addımların aparılması gözlənilir”-deyən hərbi ekspert bildirib ki, Azərbaycan bütün bunları müşahidə edir və yaranmış vəziyyətə görə, öz təhlükəsizliyini təmin etmək, maraqlarını qorumaq və qarşısına qoyduğu hədəflərə çatmaq üçün lazım olan addımlar atır. Bundan sonra da vəziyyətə görə o addımların atılmasına davam ediləcək.
















