Dünya

Rusiya bu gecə qitələrarası raket buraxacaq – Kəşfiyyat

Rusiya bu gecə “Yars” kompleksindən RS-24 qitələrarası ballistik raketini buraxmağı planlaşdırır.

Obyektivtv.az Axar.aza  istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Məqsəd Ukraynaya, həmçinin AB və NATO-ya üzv dövlətlərə nümayişkaranə təzyiq və hədə-qorxu gəlməkdir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, raket Sverdlovsk vilayətinin Svobodnıy yaşayış məntəqəsi yaxınlığından buraxılacaq.

Üç pilləli bərk yanacaqla işləyən raketin uçuş məsafəsi 10 min km-dən çoxdur.

What's your reaction?

Related Posts

1 of 1.341

Leave A Reply

E-posta hesabınız yayımlanmayacak.