Azərbaycan

Müqayis Verdiyev barəsində açılmış cinayət işi ən yüksək səviyyədə araşdırılır… – Müqayis Verdiyev pul verib sifarişli yazılar yazdırdığı “mirzə”lərini “baqaja” qoyub…

Müqayis Verdiyev, böyüklərimiz deyib ki, sağ əlin verdiyini sol əl  bilməməlidir…
Müqayis Verdiyev  hansı xanım jurnalistə maşın alıb, hansı jurnalistə 4 min manat verib..?
Müxtəlif iş adamları ilə bağlı hərdən mediada qalmaqallı yazılara rast gəlirik. Və bir müddət sonra problem həll olunur, yəni qalmaqal bitir. Amma… Amması odur ki,  Müqayis Verdiyevlə bağlı mediada gedən yazılar, şikayətlər, qalmaqallar  bitib tükənmək bilmir. Adam məəttəl qalır ki, bəlkə bu adam bu qalmaqallarla nəsə qazanır, nəsə əldə edir..? Yoxsa, bu mənasız  qalmaqalların əhəmiyyəti nədir..? Yəqin söhbətin kimdən getdiyi diqqətli oxuculara məlum oldu.
Bəli, söhbət özünü iş adamı kimi qələmə verən, əslində dələduz, cinayətkar, əsl işi kimlərisə şantaj edərək pul qopartmaq olan Müqayis Verdiyevdən gedir.
Biz başa düşürük ki, cəmiyyətimizdə müəyyən problemlər var və  iş adamları, sahibkarlar da bu problemlərlə üz-üzə qalırlar. Amma Müqayis Verdiyevin ki, qan çıxmayan yerdən qan çıxartmaq, daha doğrusu PUL ÇIXARTMAQDIR. Bu adam halal yolla pul qazanmaq əvəzinə  hansısa məmuru, yaxud icra başçısını şantaj edərək, ondan pul almağa çalışır. Özü də söhbət milyonlardan gedir e. Bunu bir dəfə atdılar içəri ağlı başına gəlmədi, çox şikayətçilər onun yalvar-yaxarına  görə, şikayətlərini geri götürdülər, yenə Müqayisə dərs olmadı.
Sözün qısası, bu Müqayis Verdiyev deyilən məxluq islah olunana oxşamır. Köhnələri bir kənara qoyaraq deyə bilərik ki, lap bu gün, yəni hal-hazırda Müqayis Verdiyevin barəsində açılan cinayət işi ilə bağlı ƏN YÜKSƏK SƏVİYYƏDƏ araşdırma gedir.
Daxil olan məlumatlardan bəlli olur ki, Müqayis Verdiyev  kimlərə nə verdiyini, bazarlıq, pul, kostyum, balıq… Bəli, təəccüblənməyin, Müqayis Verdiyev hətta kiməsə bayramda 2 ədəd  balıq verdiyini də bildirib. Müqayis Verdiyevə başa salan lazımdır ki, böyüklərimiz deyib ki, sağ əlin verdiyini sol əl bilməməlidir…
Təsəvvür edirsiniz, bu adam kiməsə 2 balıq, ya da bir qonaqlıq verdiyini yazaraq  kimlərisə biabır etməyə çalışır. İndi bunun kimliyi barədə özünüz nəticə çıxardın. Bəli, qoy bildiklərimizi yazaq ki, bəzi kolleqa-mirzələr  agah olsunlar. Ki, Müqayis Verdiyev hansı baş redaktora 4 min manat verdiyini adbaad yazıb ortaya qoyub. Müqayis Verdiyev Sumqayıtlı  xanım jurnalistə bahalı maşın almağını da gizlətməyib və deyib ki, mən deyənləri yazırdı, mən də ona maşın hədiyyə etdim. Bəli, əsas istintaq bundan sonra başlayacaq.
Deməli, Müqayis  Verdiyevin  muzdlu mirzələri  bir-bir istintaqa çağrılacaq  və izahatlar alınacaq, hətta Müqayislə üzləşdiriləcəklər. Və muzdlu mirzələrə də cinayət işinin açılacağı ehtimal edilir. Amma Müqayis Verdiyev onu da bilməlidir ki, istintaq tək onun istədiyi kimi olmayacaq. Çünki hazırda Müqayis Verdiyevlə bağlı ən yüksək səviyyədə araşdırma gedir. Oraya  100-dən artıq Qarabağ qazisi, əlil, Qarabağ veteranı da çağrılacaq, onların da şikayətləri  dinləniləcək. Hələ saxta sənədlər düzəltmək adı altında kimlərəsə atdığın 30 min, 40 min söhbəti də çözüləcək. Bəli, sənin orada-burada dediyin 5 min manatlıq bazarlıq məsələsi də araşdırılacaq.
Sözün qısası, Müqayis Verdiyev və onun muzdlu mirzələrini  qarşıda böyük sınaq gözləyir. (Gündəlik Bakı)

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir